Güllütəpə kəndinin içməli su təminatı
15 noyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Güllütəpə kəndində Viləşçay Su İstismarı İdarəsinin istifadəyə verdiyi, 50 ailəni içməli su ilə təmin edən artezian quyusu və kəndin hündür hissəsində quraşdırılmış çənə baxış keçirmişdir.
Su 400 metrə yaxın məsafədən quraşdırılmış borular vasitəsilə kəndə çəkilərək əhalinin su ilə təminatını qarşılayır.
İcra başçısı və qonaqlar, kənd sakini Şahnaz Yusif qızı Mirişovanın xahişi ilə həmin sudan dəmlədiyi çay süfrəsinə dəvət olunduqlarına görə təşəkkür etmişlər.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə və zəhməti olanlara minnətdarlıqlarını bildirmişlər.