Şriftin ölçüsü :

Saytın rəngi :

“Hamilə qadınların  sağlam qidalanması”  mövzusunda maarifləndirici görüş

02 dekabr 2023 | 14:42

Mahmudavar Həkim Məntəqəsində  “Hamilə qadınların sağlam qidalanması”  mövzusunda maarifləndirici görüş keçirilmişdir.

02 dekabr 2023-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nörməli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin (hamilə qadınların sağlam qidalanmasının təmin edilməsi) istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə Mahmudavar  Həkim Məntəqəsində  “Hamilə qadınların  sağlam qidalanması”  mövzusunda hamilə qadınlarla maarifləndirici görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Baş məsləhətçisi Nuranə Muradova hamiləliyin xüsusi qulluq və qidalanma tələb edən dövr olması,  bu dövrdə ananın nə yediyinə qarşı diqqətli olması, hər hamilə qadının ehtiyacları fərqli olması, buna görə hamiləlik dövründə həkimin və ya diyetoloqun sağlam qidalanma ilə bağlı tövsiyələrinə əməl etməyin, qida ehtiyaclarına mərhələ-mərhələ diqqət yetirməyin  vacib olmasından söz açaraq  hamiləlik zamanı düzgün qidalanmanın vacibliyi, sağlam, qidalandırıcı yeməklər qəbul etmək lazım olması,  lakin, həssas dönəmdə qəbulu məsləhət olmayan bəzi qidaların siyahısı barədə geniş məlumat diqqətə çatdırmışdır. Daha sonra Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Cərrah mama-ginekoloqu İlhamə Nağıyeva hamiləlik dövründə qadınların keçməli  olduğu müayinələr və analizlər, ananın və ya körpənin həyatını təhdid edən vacib amillər, riskli hamiləlik kriteriyaları barədə məlumat vermiş, Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin tibb bacısı, hamilələrin doğumaqədər modulunun kordinatoru  Fatimə Abdullayeva isə düzgün qidalanmanın hamiləliyin erkən dövrlərində daha vacib olması, hamilələrin qida rasionunda fol turşusu, kalsium, fosfor, sink, dəmir, B, C, E vitaminlərilə zəngin qida məhsulları olması, hamiləlik zamanı yaxşı tarazlaşdırılmış qidalanma ana və körpəyə xeyir verməsi,  uşağın inkişafına kömək etməsindən danışdı.

Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər