Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev irsinin öyrənilməsi – Qodman məktəbliləri üçün

16 fevral 2023 | 17:50

   Fevralın 16-da Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü,  Mərkəzi Kitabxananın və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.

    Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsillərə ümumilli lider Heydər Əliyev irsinin təbliğ olunması, vətənpərvərlik hissinin aşılanması və bədii ədəbiyyata maraq oyatmaq olmuşdur. Tədbirdə Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbinin Vll sinif şagirdləri iştirak ediblər.

   Tədbirdə çıxış edən Cəlal Kazımov adına Qodman kənd tam orta məktəbinin təşkilati məsələlər üzrə direktor müavini Bəybala Əliyev bildirib ki,  Heydər Əliyevin fəaliyyəti və irsi gələcək nəsillərin kamil vətəndaş və şəxsiyyət kimi formalaşmasına örnək yaradan böyük bir məktəbdir. Hər bir Azərbaycan vətəndaşı bu məktəbi öyrənməyə borcludur. Çünki bu günümüz, işıqlı gələcəyimiz üçün dahi şəxsiyyətə borcluyuq. Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətləri misilsizdir. 2003-cü ildən bu günədək keçilən yola nəzər salsaq Ümummilli Liderin siyasi kursunun uğurla davam etdiyini görərik. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu çağırışı edir ki, Azərbaycan gəncliyi milli ruhda tərbiyə olunmalıdır. Heydər Əliyev irsi öyrənilməli, nəsildən-nəslə ötürülməlidir.

   Kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında məlumat veriblər. Kitabxanada müxtəlif mövzularda təşkil olunmuş sərgilərlə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub. Sonda məktəbli kitabxana fonduna yeni daxil olan kitablara abunə  yazılıblar.

Keçidlər