Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev irsinin öyrənilməsi

03 fevral 2023 | 18:38

Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi və Mərkəzi Kitabxananın birgə  təşkilatçılığı ilə tədbir keçirilib.Tədbirdə Milli Qəhrəman Səfəralı Məmmədov adına Sərçuvar kənd orta məktəbinin lV, V və Vll sinif şagirdləri iştirak ediblər.

  Tədbirin keçirilməsində məqsəd milli sərvətimiz olan Heydər Əliyev irsini tanıtmaq, məktəblilərin diqqətinə çatdırmaq olub. Şagirdlər Oxu zalında 2003-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan edilməsi münasibətilə və Vətən müharibəsi şəhidlərinə həsr olunmuş sərgilərə baxıblar. Kitabxana fondunun tərkibi və  istifadə qaydaları barədə şagirdlərə məlumat verilib. Məktəblilərin kitabxananın mahiyyəti, kitabların mühafizəsi və uşaq ədəbiyyatı ilə bağlı suallarına cavab verilib.

Keçidlər