Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin kollektivi “26 iyun - Silahlı Qüvvələr Günü” ilə əlaqədar şəhid ailələrini ziyarət etdi

25 iyun 2022 | 16:07

İyunun 25-də Masallı rayon Heydər Əliyev Mərkəzinin kollektivi “26 iyun - Silahlı Qüvvələr Günü” ilə əlaqədar şəhid Həsənov Sübhan Rauf oğlunun və şəhid Hadiyev Vüsal Balarəzi oğlunun ailələrini ziyarət ediblər.

Ziyarət zamanı döyüş qəhrəmanlarının əziz xatirəsi yad edilib, onların Vətən yolunda göstərdikləri şücaət və fədakarlıqlardan söz açılıb.

44 günlük Vətən müharibəsində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğulları Sübhan Həsənov və Vüsal Hadiyevin xatirələri və döyüş yolunda keçdikləri əzmli yollar onların öz yaxınlarının dilindən dinlənildi.

Keçidlər