“Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir” mövzusunda tədbir
Masallı rayon Mərkəzi Kitabxanasında Mərkəzi Kitabxana və rayon Tarix-Diyarşünaslıq Muzeyinin ilə birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə öncə Azərbaycan Dövlət Himni səsləndirilib, sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzi Kitabxananın direktor əvəzi Zamin Məmmədov açılış nitqində “Heydər Əliyev İli” ilə əlaqədar kitabxanada müntəzəm tədbirlər keçirildiyini bildirib. Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqa Tağıyeva, Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, rayon İcra Hakimiyyətinin nümayəndəsi Nuranə Muradova çıxış ediblər. Onlar ulu öndər Heydər Əliyevi müasir Azərbaycan dövlətinin qurulması və inkişafında qurucu lider kimi müstəsna xidmətlər göstərmiş böyük şəxsiyyət kimi xarakterizə ediblər. Ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına böyük önəm verdiyini, elm, mədəniyyət və incəsənət xadimlərinə himayədarlıq etdiyini bildirlblər.Sonra kitabxananın əməkdaşı Arzu Hüseynova “Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir” mövzusunda məruzə edib. Tədbirin gedişində şəhər 2 saylı orta məktəbin 5, 6, 7, 8-ci sinif şagirdləri və 3 saylı uşaq bağçasının balacaları ulu öndər Heydər Əliyevin şəninə şeir və mahnılar oxuyublar.
Tədbir kitab sərgisinə baxışla yekunlaşıb.