“Heydər Əliyev və 20 yanvar həqiqətləri” adlı dəyirmi masa
Masallı Tarix-Diyarşünaslıq Muzeyində 20 yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı olaraq “Heydər Əliyev və 20 yanvar həqiqətləri” adlı dəyirmi masa keçirildi. Tədbirdə H. Əliyev mərkəzi, Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları iştirak etdi.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva 20 yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, atdığı addımlar 3 onillik öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirməyindən geniş danışdı.
Sonra hadisələrin şahidi olan muzeyin əməkdaşı Şəmsiyyə Tağıyeva həmin günlərdə gördüklərindən , təsirli hadisələrdən söhbət açdı.
Daha sonra H. Əliyev mərkəzinin əməkdaşı Lətifə Həsənova ,qalereyanın direktor vəzifəsini icra edən Təhmasib Məcidov , muzeyin əməkdaşı Dilgüşə Məmmədova çıxış edərək vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən 20 yanvar şəhidlərin bizlərin hər birimizin qürur mənbəyi olduqlarını və Heydər Əliyevin bu faciəyə verdiyi siyasi qiyməti isə mükəmməl bir tarixi nümunə olduğunu çıxışlarında xüsusi qeyd etdilər.