“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda açıq tarix dərsi keçirilib.
15 iyun - Milli Qurtuluş Gününün 30 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində Masallı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda açıq tarix dərsi keçirilib.
Açıq dərsdə Masallı şəhər Sakit Tağıyev adına 4 saylı Digah tam orta məktəbin şagirdləri iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dərsdə Milli Qurtuluş Günü barədə məlumat verilib, bu günün əhəmiyyətindən bəhs olunub.
Qeyd olunub ki, bu gün Azərbaycan xalqı üçün təkcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. 1993-cü ilin 15 iyunu Azərbaycanın müstəqil dövlətçiliyi üçün qurtuluş tarixidir.