“ Hüquqları bilmək gələcəyimizin təminatıdır” başlıqlı tədbir keçirilib
05 iyun 2023 | 19:27
Masallı Tarix -Diyarşünaslıq Muzeyində “İnsan hüquqları aylığı” çərçivəsində “ Hüquqları bilmək gələcəyimizin təminatıdır” başlıqlı tədbir keçirildi. Maarifləndirici xarakterli tədbirdə Ərkivan qəsəbə 4 və 2 saylı, Dəmirçi kənd tam orta məktəbinin müəllim və şagirdlərinin iştirak etdilər.
Muzeyin əməkdaşı Çingiz Qurbanov tərəfindən insan hüquq və azadlıqları nədir, yeniyetmələr bu hüquqlardan necə istifadə etməli, insan hüquqları üzrə Təhsili tələbləri bilik, bacarıq , anlaşma ,insan hüquqlarının , azadlıqlarının təşviqi və qorunması baxımından geniş danışaraq şagirdlərə məlumatlar və tövsiyələr verildi.
Yekunda şagirdlər muzeyə ekskursiya etdilər.