Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai iaşə və xidmət obyektlərinin fəaliyyət ilə bağlı sahibkarlarla görüş

18 aprel 2023 | 16:29

Masallı rayonunda ictimai iaşə və xidmət obyektlərinin fəaliyyət ilə bağlı sahibkarlarla görüş keçirilmişdir.

Görüşü Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov açaraq ictimai iaşə və xidmət obyektlərinin fəaliyyət ilə bağlı sahibkarlara öz tövsiyyələrini vermişdir.

Sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəxtim Qarayev məruzi ilə çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.7-ci bəndinə əsasən “İnsanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətin dahada yaxşılaşdırılması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi və Masallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşlarından ibarət komissiya yaradılmışdır.

 Komissiya Azərbaycan Respublikasının Meşə Məcəlləsinin tələblərini rəhbər tutaraq Masallı rayonun Dövlət Meşə Fondu torpaqlarında yerləşən ictimai-iaşə və xidmət obyektlərində meşə sahələrindən düzgün istifadə, ətraf mühitin qorunması, yeni yaşıllıqların salınması, ərazilərə tullantıların atılmaması və yanğın təhlükəsizliyi qaydalarına əməl olunması ilə əlaqədar reydlər keçirmişdir.

 Komissiya reydlər zamanı meşə fondu torpaqlarında yerləşən ümumilikdə 119 obyektdə köməklik göstərilməsi məqsədilə yuxarıda qeyd olunanlarla bağlı araşdırma aparmışdır.

 Araşdırma zamanı 119 obyektdən 70-nin hazırda fəaliyyət göstərdiyi, 44-nün meşə fondu sahələrindən istifadə hüququnun olduğu, 15-nin icarə müqaviləsi bağlanmasından ötrü aidiyyəti üzrə Regional Meşə Təsərrüfatı Mərkəzinə müraciət etdiyi, ümumilikdə 60 obyektin isə meşə fondu torpaqlarında fəaliyyət göstərmək üçün icarə müqavilə bağlanılması barədə müraciət belə etmədiyi məlum olmuşdur.

 Keçirilmiş reydlər zamanı komissiya üzvləri tərəfindən obyekt sahiblərinə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin X fəslində göstərilmiş “Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrin həlli, meşə qanunvericiliyinin pozulmasına görə inzibati, mülki və cinayət məsuliyyəti daşımaları, eləcə də bu qanunun pozulmasına görə bağlanmış əqdlərin etibarsızlığı onların nəzərinə çatdırılmışdır”.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Cəmaləddin Əbişov obyekt sahiblərinə torpaq icarəsi müqavilələrinin bağlanılması və bu sahədə fəaliyyətləri tənzimləyən qanunların tələblərinə əməl etmələrini tövsiyə etmişdir.

 Həmçinin Meşə fondu torpaq sahələrində insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə turizm, ictimai-iaşə və xidmət obyektləri sahiblərinə bərk və yüngül məişət tullantılarını ətraf mühitə atmamalarının qarşısının alınmasından ötrü Masallı rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə müqavilə bağlanmasının zəruruliyi izah edilmişdir. Bu sahədə reydlər zamanı 119 obyektin 39-da məişət tullantılarının yığılması və daşınması üzrə müqavilənin bağlanıldığı müəyyən edilmişdir.

Tullantıların daşınmasına görə müqaviləsi olmayan turizm və iaşə obyektləri isə yaz-yay mövsümünün başlanması ilə müqavilə bağlayacaqlarını bildirmişlər.

 Məişət tullantılarının ətraf mühitə atılmasının qarşısının alınması məqsədilə komissiya obyekt sahibləri ilə təbliğedici və maarifləndirici söhbətlər aparmış, bu sahədə inzibati qanun pozuntularına görə yüksək cərimə məbləğlərinin olmaları onlara izah edilmişdir.

 Həmçinin meşə ərazisində yerləşən 119 obyektin 83-ü vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. 36 obyekt isə yaz-yay mövsüm ilə əlaqədar fəaliyyətə başlayacaqdır.

 Yaz-yay mövsümü dövründə xidmətə başlayacaq ictimai-iaşə və xidmət obyektlərinin aidiyyəti üzrə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi ilə müqavilə bağlaması və 6 saylı Ərazi Vergilər Baş İdarəsinin şöbə rəisi Əli Babayev sahibkarların vergi ödəyicisi kimi qeydiyyatda durması məsələsinin nəzarətdə saxlanılmalı olduğunu bildirmişdir.

Görüşü Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov yekunlaşdırmışdır.

Keçidlər