II Yeddioymaq ərazisində səyyar görüş-qəbulu
06 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov İkinci Yeddioymaq ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal və ziyalılar iştirak etmişdir.
Qəbul başlamazdan öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamladı və səyyar görüş qəbulunu açıq elan edərək ərazi barədə məlumatlar vermək üçün sözü Masallı RİHB-nın İkinci Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə verdi.
Masallı RİHB-nın İkinci Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vüqar Şükürov ərazi barədə geniş məruzə ilə çıxış etdi.
Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Şükürov İbrahim Məmmədhüseyn oğlu, Cavadov İbrahim Sabir oğlu, Şamıyev Rafiq Curu oğlu, Abbasova Şölə Abbas qızı, Balayev Rüzgar Cankişi oğlu, Baloğlanov Vidadi Əliş oğlu, Hüseynov Umudəli Ələkbər oğlu, Muxtarov Məhərrəməli İlyas oğlu, Cəfərov Ağaxan Məmmədqulu oğlu və başqaları 9 məsələ ilə bağlı — yaşadıqları kənddə mərkəzi yolun təmir olunmasına kömək göstərilməsi, mövcud olan qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, rabitə xəttlərinin yenilənməsi, içməli su məsələsi, torpaq islahatının keyfiyyətsiz həyata keçirilməsi, habelə raybəlli torpaqlara yenidən baxılması, təhsil, məktəb tikintisi, yay şumunun vurulmasında texnika ilə kömək olunması, Masallının giriş qapısı və digər təxirəsalınmaz sosial məsələlər barədə müraciətlər etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlərdən 6-sı dərhal yerində həll olunmuş, digər 3 məsələ barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.