“İnsan alveri- ümumbəşəri bəla”
26 mart tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyində İnsan alverinə qarşı mübarizədə təbliğat və maariflənmə işinin gücləndirilməsi məqsədilə “İnsan alveri- ümumbəşəri bəla” başlığı altında tədbir keçirildi. Tədbirdə Masallı şəhər 3 saylı məktəbin şagirdləri iştirak etdilər.
Muzeyin direktoru Əntiqə Tağıyeva tədbirdə iştirak edən yeniyetmələrə insan alverinə şərait yaradan sosial problemlərdən, problemin mahiyyətindən, insan alverinin potensial qurbanlarını gözləyən təhlükədən, təhsildən yayınan uşaqların aşkar edilməsi və təhsil almaları üçün tədbirlərin görülməsinin səmərəsini artırmaqdan ötrü dövlət tərəfindən təmin edilən müdafiə tədbirlərindən geniş danışdı. O, bu problemin qurbanı olmamaqdan ötrü yeniyetmələrə tövsiyələr verdi.