Şriftin ölçüsü :

Saytın rəngi :

İnsan hüquqları barədə nə bilirsiniz?

06 iyun 2023 | 17:47

Masallı rayon Mərkəzi Kitabxanasında Mərkəzi Kitabxana, Ombudsmanın Cənub Regional Mərkəzi və Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə  “İnsan hüquqları barədə nə bilirsiniz?” mövzusunda tədbir keçirilib.Tədbirdə rayonda fəaliyyət göstərən dövlət qurumlarının məsul əməkdaşları, mətbuat nümayəndələri, ziyalılar və  orta məktəb şagirdləri iştirak ediblər.

 

Tədbir başlanmazdan öncə müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov bildirib  ki, bütün mədəniyyət müəssisələrində olduğu kimi, kitabxanalarda da  insan hüquqları ilə bağlı illik tədbirlər planına uyğun olaraq  mütəmadi tədbirlər həyata keçirilir. Masallı rayon Ağsaqqallar  Şurasının sədri Ələşrəf Niftiyev tədbir iştirakçılarını Azərbaycan dövlətçilik tarixinin ən mühüm hadisəsi olan 15 iyun -Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Respubilkamız müstəqillik qazandıqdan sonra insan hüquqlarları üzrə dövlət siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib.

Sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov geniş məzmunlu çıxış edərək insan hüquqları konsepsiyası və onun müxtəlif aspektləri barədə tədbir iştirakçılarına məlumat verib.Azərbaycanın insan hüquqlarının qorunmasında yüksək nəticələr əldə etməsində bu sahəyə nəzarət edən   beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsinin müsbət təsirindən danışıb. Tədbirdə çıxış edənlərdən “Azad Azərbaycan” qəzetinin baş redaktoru, əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, Respublika Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhrəmanlar İctimai Birliyinin sədr müavini Yavər Yusubov, Masallı Ziyalıları İctimai Birliyinin sədri Qardaş Fətullayev, ilahiyyatçı Əliqulu Qardaşov  və digər şəxslər insan hüquqlarının qorunması sahəsində  dövlət siyasətinin uğurlarından danışıblar.

Keçidlər