İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib- 20.08.2026
21 avqust 2026 | 10:42
20 avqust 2026-cı il tarixində Masallı Sənaye Məhəlləsində İqtisadiyyat nazirinin müavini Azər Bayramov Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşların sahibkarlığın inkişafı, güzəştli kreditlər, əmlak, vergi, sosial və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə araşdırılıb, qaldırılan məsələlərlə bağlı müvafiq izahat və əsaslandırılmış cavablar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə qanunvericiliyə uyğun qaydada icraata götürülüb.






