Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

23 iyul 2023 | 08:15

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Masallı şəhərində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbula gələn vətəndaşların müraciəti sahibkarlığın inkişafı, o cümlədən güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, infrastruktur və s. məsələlərlə bağlı olub.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciəti diqqətlə dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə baxılması üçün qeydiyyata alınıb.

Nazir müavini Sahib Ələkbərov Masallı Sənaye Məhəlləsində taxta məmulatları, mətbəx və uşaq mebeli, xovlu xalça, qadın və kişi üst geyimləri, döşək və metal yay hissələri istehsalı müəssisələrinin fəaliyyəti ilə də tanış olub.

Keçidlər