Şriftin ölçüsü :

Saytın rəngi :

Köhnə Alvadı kəndində şəhid Zöhrab Həsənovun anım mərasimi

27 dekabr 2022 | 20:36

27 dekabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Masallı rayonundakı Köhnə Alvadı kənd qəbiristanlığında Birinci Qarabağ müharibəsində şəhid olan Həsənov Zöhrab Məmmədxan oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. 

Mərasim iştirakçıları - Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatının kollektivi, ictimaiyyət nümayəndələri, din xadimləri, kənd sakinləri abidə önünə gül-çiçək qoymuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. 

Sonra tədbir kənd məscidində, mərasim evində davam etdirilmişdir.

Birinci Qarabağ müharibəsinin şəhid əsgəri Həsənov Zöhrab Məmmədxan oğlunun ailəsini ziyarət edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və qonaqlar​ ailənin qayğıları ilə maraqlanmış və hər zaman onların yanında olduqlarını bildirmişlər. 

Tədbirdə çıxış edənlər bildirmişlər ki, Həsənov Zöhrab Məmmədxan oğlu 1974-cü ildə Masallı rayonunun Köhnə Alvadı kəndində anadan olmuşdur. 1992-ci ildə hərbi xidmətə çağırılmış və Zöhrabın döyüş yolu Ağdam bölgəsindən başlanmışdı.

Elə ilk gündən qanlı döyüş meydanına atılmışdır.

Xanabad-Fərrux istiqamətində gedən vuruşmalarda böyük sücayət göstərmişdir. Bir neçə dəfə döyüş dostları onun səyi nəticəsində mühasirədən çıxmağa müvəffəq olmuşdur.

Zöhrab dekabr ayının 11-də Beyləqan rayonunun müdafiəsi zamanı minaya düşərək ağır yaralanmışdır. Onu Bakıya çatdırsalarda həkimlərin səyinə baxmayaraq, Zöhrab Həsənov 1993-cü il dekabr ayının 27-də şəhidlik zirvəsinə yüksəlmişdir.

Keçidlər