Şriftin ölçüsü :

Saytın rəngi :

Köhnə Zuvand məktəbində şagirdlərin sevinci

19 sentyabr 2023 | 21:54

Köhnə Zuvand kəndində “Bilik günü” bu təhsil ocağı üçün bu il daha böyük sevinclə başlamışdır.

Şagirdlər bu il onlar üçün quraşdırılmış 90 metrlik, 300 pilləlik pilləkənlərlə məktəbə rahat şəkildə getmişlər. Övladlarını məktəbə gətirən valideynlər də bu sevincə şərik olmuşlar.

Bildiyiniz kimi Köhnə Zuvand məktəbinin dağ relyefində yerləşməsi buraya gediş-gəlişi çətinləşdirirdi. Rayon rəhbərliyinin təşəbbüsü ilə “Heydər Əliyev ili” çərçivəsində təhsil ocağına verilən ən dəyərli hədiyyə kimi kənd yolunu məktəb binasına ilə birləşdirən körpünün salınması olmuşdur.

 Bilik günü məktəb həyətinə toplaşan sakinlər bir daha bu böyük qayğıya balaları yüksək təhsil uğuru ilə cavab verəcəklərini söyləmişlər.

Məktəbin pedaqoji kollektivi də bu quruculuq işinə görə hədsiz sevincini bildirmişlər. Onlar ölkənin belə ucqar kəndlərində təhsilə göstərilən qayğını dönə-dönə qeyd etmişlər.

Kənd sakinləri, valideynlər və məktəbin bütün kollektivi dövlətimizin təhsilə göstərdiyi qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezitent Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hhakimiyyətinin başçısı Araz Əhmədova dərin minnətdarlıqlarını  bildirmişlər.

Keçidlər