Komitə sədri Masallı və Yardımlı rayon vətəndaşların qəbul etdi
12 aprel 2023 | 17:35
Masallı şəhərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.
Qəbul zamanı vətəndaşların şəhərsalma fəaliyyətində çətinlikləri araşdırıldı, Komitə və digər qurumlara aid bir çox suallar cavablandırıldı. Komitə sədri vətəndaşlara qanunvericiliyin tələblərinə uyğun bütün zəruri tədbirlərin görüləcəyini bildirdi.