Kubin kəndində artezian quyusu istifadəyə verildi
25 iyul 2023 | 15:34
Masallı rayon Miyankü ərazisinin Kubin kəndində Birinci Qarabağ şəhidi Eldar Xamıyev adına orta məktəbin həyətində sakinlərin təşəbbüsü və Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığı ilə Viləşçay Su Anbarı İstismarı İdarəsi tərəfindən ümumi dərinliyi 30 metrə yaxın olan artezian quyusu qazılıb istifadəyə verilmişdir.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, şəhid ailələri, ziyalılar və kənd sakinləri iştirak etmiş və quyuya baxış keçirilmişlər.
Tədbirdə çıxış edən rayon rəhbəri tərəfindən müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Açılışda iştirak edən yerli sakinlər çıxışlarında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyində, Məhərrəmlik günlərində əhaliyə belə bir hədiyyə edilməsinin onlar üçün böyük sevinc oldğunu qeyd etmişlər.
Kənd sakinləri Kubin məktəbinin həyətində artezian quyusunun qazılmasına, şəhidlərə ehtiram, ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə minnətdarlıqlarını ifadə etmişlər.