Şriftin ölçüsü :

Saytın rəngi :

Lürən və Qəriblər ərazilərində yolkənarı lövhələr bərpa olunur

03 oktyabr 2024 | 16:25

Masallı rayonu ərazisində bir sıra mərkəzi küçələrdə sürücülərin daha diqqətli olmaları üçün maarifləndirici lövhələr quraşdırılmışdır ki, bunlardan bir neçə artıq oxunmaz vəziyyətdə idi.

Bununla əlaqədar olaraq rayonun Lürən və Qəriblər ərazilərində mərkəzi yolun kənarlarında olan lövhələrdə bərpa işlərinə başlanılmış, lövhələr təmizlənərək əvvəlki vəziyyətinə qaytarılıb və ətrafında təmizlik işləri aparılmışdır.

Keçidlər