Şriftin ölçüsü :

Saytın rəngi :

Mahmudavar kəndində Baş çavuşun doğum günü qeyd olunub.

13 iyun 2022 | 17:31
Masallı rayonunun Mahmudavar kəndində 44 günlük Vətən müharibəsində fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq xidmət edən hərbi qulluqçu, Baş çavuş Qasımov Nayib Akif oğlunun doğum günü münasibəti ilə xatirəsi anılıb.
Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşları və fəalları, Mahmudavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri, həmçinin məktəb müəllimləri Masallı rayonunun Mahmudavar kəndində Aprel və Tovuz döyüşləri iştirakçısı, Vətən müharibəsi Şəhidi, «Vətən uğrunda», «Cəbrayılın azad olunmasına görə» və «Hərbi xidmətlərinə görə» medallı Qasımov Nayib Akif oğlunun doğum günü münasibəti ilə məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Daha sonra şəhidin ailəsi ziyarət olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqətə görə minnətdarlıq bildiriblər.
Keçidlər