Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı baramaçıların bugünkü qayğıları

27 may 2022 | 17:36

Masallı rayonunda hər il olduğu kimi, 2022-ci ildə də baramaçılığın müvəffəqiyyətli inkişafı proqnozlaşdırılır. Onu da xüsusi vurğulamaq lazımdır ki, baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsərrüfatın bu sahəsinə uzun illərdən sonra bərpası sayəsində həyata keçirdiyi kompleks tədbirlər regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu sahədə Viləş kümçülərinin təcrübəsi hamıya örnəkdir. Hər il baramaçılıqda uğur qazanan Viləş kəndinin kümçüləri bu dəfə də barama qurdlarına zoobaytar xidmətə diqqət yetirirlər. Balaqardaş Rzayev və Surac Hüseynov ailələri ilə birlikdə 5 qutu barama bəsləyirlər. Hazırda qurdların ən yaxşı yemləmə vaxtıdır. 

Keçidlər