Masallı Bioloji Təbabət klinikası müasir tələblərə cavab verən səhiyyə xidmətidir
Sağlamlıq və Ekologiya üzrə Beynəlxalq Elmlər Akademiyasının prezidenti Akademik Prof. Dr. Volter Koflerin (Walter Kofler) başçılıq etdiyi nümayəndə heyəti, Akademiyanın Azərbaycan bölməsinin 20 illik yubileyi münasibətilə 17-19 iyun 2022-ci il tarixlərində ölkəmizə səfər ediblər.
Səfərin məqsədlərindən biri də “İnteqrativ Tibbdə Elmi Araşdırmalar” Mərkəzini sözügedən Akademiyanın strukturuna daxil edilməsidir. Bunun üçün də nümayəndə heyəti 19 iyun 2022-ci il tarixdə Masallı Bioloji Təbabət klinikasına səfər etdilər. Səfər müddətində klinikada elmi-tədqiqat potensialının öyrənilməsi və diaqnostik-laborator imkanlarımızın elmi araşdırmalar üçün uyğunluğunun müəyyənlənləşdirilməsi baş tutub.
Səfər çərçivəsində qonaqlar əvvəlcə Heyər Əliyev Mərkəzinin qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini və Qəhrəmanlar Parkı Şəhidlər Abidə Kompleksini böyük ehtiramla yad edilib, önünə çiçək dəstələri düzüblər.
Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nigar Kərimova qonaqlara rayon səhiyəsi barədə və Bioloji Təbabət klinikasınının 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi tibbi xidmətlər haqqında ətraflı məlumat vermişdir.
Sonra qonaqlar Masallı Bioloji Təbabət klinikasına gəliblər. Sağlamlıq və Ekologiya üzrə Beynəlxalq Elmlər Akademiyasının prezidenti Akademik Prof. Dr. Volter Koflerin (Walter Kofler) özü və başçılıq etdiyi nümayəndə heyətinin üzvləri burada, yaşıl palıdlar arasında çətirlənən beşmərtəbəli sağlamlıq ocağıının bütün mərtəbərini gəzib, burada əhaliyə göstərilən səhiyyə xidməti ilə tanış olublar.
Volter Kofler Bioloji Təbabət kilinikas üçün yaradılan şəraitlə bağlı rayon rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.