Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Bioloji Təbabət Klinikasında oftalmoloji şöbənin açılışı

29 aprel 2024 | 18:36

29 aprel tarixində Masallı Bioloji Təbabət Klinikasının nəzdində Göz sağlamlığı və Cərrahiyyə Mərkəzinin açılışı oldu.

Tədbirdə ilk çıxış edən Bioloji Təbabət klinikalarının direktoru Qüdrət Yaqubov qonaqları salamlayaraq, təsisçi, baş direktor Elxan Yaqubovun salamlarını da qonaqların diqqətinə çatdırdı.

Qüdrət Yaqubov çıxış edərək qeyd etdi ki, Masallı Bioloji Təbabət Klinikasında oftalmoloji şöbənin açılışı Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın doğum gününə təsadüf etməsi onun oftalmologiya elminə verdiyi töhfələri davam etdirmək və cənub bölgəsinin vətəndaşlarına yüksək xidmət göstərmək məqsədi daşıyır. Daha sonra Qüdrət Yaqubov Zərifə xanım Əliyevanın oftalmologiya elminə verdiyi töhfələrdən geniş şəkildə məlumat verdi.

Sonra isə, Masallı RİH aparatının əməkdaşı Nigar Kərimova çıxış edərək, Zərifə xanım Əliyevanın keçdiyi həyat yolundan bəhs etdi. Masallı Bioloji Təbabət klinikasının rayonumuzun eləcə də qonşu rayonların əhalisinə göstərdiyi tibbi xidmətlərin yüksək səviyyədə olduğunu xüsusi olaraq vurğulayan Nigar xanım klinikanın rəhbərliyinə və kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirin sonunda qonaqların və həkim personalın iştirakı ilə oftolmoloji şöbənin açılışı oldu. Oftolmoloji şöbədə yaradılan şəraitlə və müasir tibbi avadanlıqla bağlı qonaqlara geniş məlumat verildi.

Keçidlər