Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Dövlət Aqrar İnkişaf mərkəzində təlim

14 aprel 2023 | 17:50

Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu “Aqroservis” ASC tərəfindən 2023-cü il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlar üçün bölgələrdə təlimlər davam edir.

Aprel ayının ilk həftəsindən etibarən başlayan təlimlər müvafiq olaraq “Aqroservis” ASC-nin Masallı Dövlət Aqrar İnkişaf mərkəzində təşkil edilib.

Ümumilikdə 250-dən çox mexanizatorun istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC tərəfindən təliminin keçirilməsi nəzərdə tutulub.

Təlimlərdə müxtəlif markalı kombaynların idarə edilməsi ilə bağlı məlumatlar verilib, mexanizatorlarla kombayn idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani olaraq nümayiş etdirilib.

Sonda isə keçirilən imtahana əsasən, mexanizatorlara sertifikatlar təqdim edilib.

Keçidlər