Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı gəncləri ilə “Şəxsiyyət tipləri” mövzusunda görüş

09 sentyabr 2022 | 18:40

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)  Masallı nümayəndəliyində “Şəxsiyyət tipləri” mövzusunda görüş keçirilib

Müzakirə formatında keçirilən görüş zamanı GİKM-in Masallı nümayəndəliyinin əməkdaşları, könüllülər və gənclər iştirak edib.

“GələcəyimİZ” layihəsi çərçivəsində həyata keçirilən seminar zamanı “Hansı şəxsiyyət tipləri mövcuddur?”, “Yaşadığımız cəmiyyətin şəxsiyyət tipinin formalaşmasına təsiri”, “Şəxsiyyət tipində genetikanın rolu”, “Formalaşma dövrü”, “Biz hansı şəxsiyyət tipinə aidik?” kimi mövzular ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, bu tip layihələrin həyata keçirilməsində məqsəd gənclərin asuda vaxtlarının səmərəli təşkili, onlarda özünü təqdimetmə və ünsiyyət bacarıqlarının formalaşdırılması həmçinin sosiallaşmanı həyata keçirməkdən ibarətdir.

Keçidlər