Masallı gəncləri üçün “Maslovun Ehtiyaclar Piramidası” mövzusunda təlim
29 noyabr 2022 | 18:24
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyində gənclər üçün təlim keçirilib.
Nümayəndəliyin direktoru, təlimçi Aynur Tağıyevanın təqdimatında keçirilən budəfəki təlimdə “Maslovun Ehtiyaclar Piramidası” mövzusundan danışılıb.
“Ruhi”, “Özünü reallaşdırma”, “İdrak”, “Estetik”, “Hörmət”, “Aidolma”, “Təhlükəsizlik”, “Fizioloji” kimi ehtiyaclardan danışılan təlim zamanı gənclər piramidanın bütün pillələrini ayrı-ayrılıqda müzakirə edib, fikir mübadilələri aparıblar.
Qeyd edək ki, təlimdə müxtəlif enercayzer və komanda işləri icra olunub.