Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı gəncləri üçün təqdimat müsabiqəsi

26 oktyabr 2024 | 17:38

Masallı rayon İcra Hakimiyyəti, Masallı Dövlət Regional Kollecinin dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsi, Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə gənclər üçün "Təqdim edir: Gənclik" layihəsi keçirilib. 2 mərhələdən ibarət olan layihənin finalında gənclər öz bacarıqlarını nümayiş etdiribər. Münsif heyətinin tərkibində Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və mərkəzin əməkdaşı Çingiz Həsənov iştirak ediblər.

Ekoloji problemlər, qlobal istiləşmə, ekosistemin qorunması, yaşıl enerji mövzularını əhatə edən təqdimatlarda gənclər sadalanan mövzular haqqında araşdırmalar edib, həlli yollarından və nəticələrdən söhbət açıblar. Təqdimat, dizayn, vaxtdan səmərəli istifadə, əhatəlilik meyarları əsasında gənclərim təqdimatları qiymətləndirilib və 1, 2, 3-cü yerləri tutanlar sertifikat eləcə də, hədiyyələrlə təltif olunublar. Qeyd edək ki, layihənin keçirilməsində məqsəd, gənclərin təqdimat və dizayn bacarıqlarını formalaşdırmaq, ekoloji problemlərin həlli yollarında onların yanaşmasını öyrənməkdən ibarətdir.

Keçidlər