Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı gəncləri Ulu öndərin məzarını ziyarət etdilər

12 dekabr 2022 | 13:29

“Masallı Gənclər Evi” SXM-nin və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 12 dekabr “Ümummilli lider Heydər Əliyevin anım günü” ilə əlaqədar adı çəkilən qurumların əməkdaşları Bakıya səfər edərək Xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra iştirakçılar Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi və ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi də ehtiramla yad edib, məzarı önünə tər çiçəklər düzüblər.

Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Azərbaycan xalqının Ümummilli Lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, mərdanə qətiyyəti, həssas qəlbi, möhkəm səbri, çox hövsələliyi, ədalətli olması, həmişə obyektiv mövqe tutması, yüksək intellekti və ziyalı mövqeyi, dolğun tədbirliliyi və sadə davranışı bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətlərdəndir. Dünya hərb tarixinə həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Keçidlər