Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Heydər Əliyev Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü

07 mart 2023 | 20:41

Martın 7-də Masallı rayon Heydər Əliyev Mərkəzində “8 mart - Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda Rayonun fəal qadınlarının iştirakı ilə tədbir keçirilib. Tədbirin iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin xatirəsini 1 dəqiqəlik ehtiramla yad ediblər.

Masallı rayon Heydər Əliyev Mərkəzinin baş fond müdiri Gülcahan Vəkilzadə çıxış edərək əvvəlcə bütün qadınları 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə ürəkdən təbrik edib və qeyd edib ki, qadınların dövlət strukturlarında iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək cəmiyyətin davamlı inkişafının bir hissəsinə çevrilib. Ölkəmizdə dövlət qadın siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu deyən G. Vəkilzadə bildirib ki, Ulu öndər Azərbaycan qadınının cəmiyyətdə layiqli mövqe tutmasını, qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edib. Vurğulayıb ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Masallı Qadın Resurs Mərkəzinin koordinatoru Nərgiz Muxtarova, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, MKS-in 32 saylı filial müdiri Sevanə Mənsimova, GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva və Gənc Könüllü Vüsalə İmanova çıxış edərək Azərbaycan qadınlarının tarixi xidmətlərindən, cəmiyyətdəki rolundan və nüfuzundan bəhs ediblər. Bildiriblər ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra onlar ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatının fəal iştirakçısına çevrilib, təhsil, səhiyyə, elm və mədəniyyət sahələrində çoxsaylı nailiyyətlər qazanıblar.

Keçidlər