Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı məktəbliləri arasında mini futbol üzrə güclülər müəyyənləşib

12 dekabr 2022 | 17:29

Ümumtəhsil məktəblərinin Respublika birinciliyinin rayondaxili yarışları davam edir

Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında müxtəlif idman növləri üzrə respublika birinciliyinin rayondaxili yarışları davam edir.

Masallı rayon məktəbliləri arasında mini futbol idman növü üzrə yarışlar keçirilib.

Dörd gün (9-12 dekabr) davam edən yarışların nəticəsinə əsasən Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli məktəbin komandası birinci, Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbin komandası ikinci, N.Nərimanov adına Masallı şəhər 2 nömrəli məktəbin komandası isə üçüncü yerə layiq görülüb.

Qaliblər Lənkəran-Astara Regional Təhsil İdarəsi Masallı Təhsil Sektorunun diplomları ilə mükafatlandırılıb.

Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Əlifağa Yaqubov bildirib ki, birinci yeri tutan komanda ümumtəhsil məktəblərinin aprel ayında keçiriləcək zona yarışlarına vəsiqə qazanıb.

Keçidlər