Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı məktəbliləri “SAF 2025”də I yerə layiq görülüb

02 dekabr 2025 | 15:58

“SAF 2025” Beynəlxalq STEAM Azərbaycan Festivalının final mərhələsində regionu təmsil edən 30 komanda festivalın müxtəlif istiqamətlərində yarışaraq, ümumilikdə, 21 medal qazanıb və 16 nominasiya üzrə qalib gəlib.

Belə ki, Masallı rayonu Cavanşir Qasımov adına Banbaşı kənd tam orta ümumtəhsil məktəbinin mentoru Fidan Abdullayeva olan “Forward-44” komandası “Təsəvvürdən reallığa” (Imagination to Reality) kateqoriyası üzrə 1-ci yerə layiq görülüb.

Uğur qazanan komandalarda həm ibtidai sinif şagirdləri, həm də yuxarı sinif iştirakçıları yer alıb.

Qeyd edək ki, festivalda komandalara robototexnika, mühəndislik həlləri, proqramlaşdırma, elmi layihələr, texnoloji innovasiyalar, ekoloji təkliflər və digər STEAM istiqamətləri üzrə tapşırıqlar təqdim olunub. Lənkəran-Astara bölgəsinin komandaları yarışmada həm texniki biliklərini, həm də yaradıcı düşüncə və komanda bacarıqlarını uğurla nümayiş etdiriblər.

Keçidlər