Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı məktəblilərinin növbəti uğuru

11 may 2022 | 19:25

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan dili, tarix və coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri elan edilib. Nəticələrə əsasən rayonun Sığıncaq kənd M.Qarayev adına tam orta məktəbin 10-cu sinif şagirdi Cəfərov Rövnəq Fərəc oğlu və Mahmudavar kənd tam orta məktəbin 9-cu sinif şagirdi Həşimov Əli Azər oğlu coğrafiya fənni üzrə I yerə, Sığdaş kənd tam orta məktəbin 11-ci sinif şagirdi Əbilovga Gülsabah Çingiz qızı Azərbaycan dili fənni üzrə III yerə, Sığdaş kənd tam orta məktəbin 11-ci sinif şagirdi Musayev Sadiq Zaur oğlu tarix fənni üzrə III yerə, Ərkivan qəsəbə Z.Nəcəfov adına 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Əliyev Vüqar İlham oğlu isə coğrafiya fənni üzrə III yerə layiq görülmüşdür.

Keçidlər