Masallı məktəblilərinin polisdə xidmətə təşviq edilməsi
Masallının bir sıra ümumtəhsil ocaqlarında "Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi" mövzusunda tədbirlər keçirilir.
Belə tədbirlər bu həftə Masallı şəhər 1 və 3 saylı, Qızılavar, Banbaşı kənd və digər orta məktəblərdə təşkil olunmuşdur.
Tədbirlərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Baş müəllimi, Polis polkovnik-leytenantı Rüfət İbayev, Masallı rayon Polis şöbəsi rəisinin Şəxsi Heyyətlə İş üzrə köməkçisi İxtiyar Talıbov və məktəb rəhbərlikləri çıxışlar edərək maarifləndirmə işləri aparmışlar.
Tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olub.
Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı şagirdlərə ətraflı məlumat verilib. Akademiyada gənclərimizin inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.