Masallı muzeyində “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir
Noyabrın 29-da Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası, “Ümidim sənsən” sosial inkişafa yardım ictimai birliyinin birgə təşkilatçılığı altında Birinci Qarabağ və Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması məqsədilə muzeydə “Vətənin ölməz oğulları” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə adı çəkilən müəssisələrin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı Rayon filialının(QMƏŞAİB) sədri Nahid Rəhimov ,Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilinin Böyük məsləhətçisi Nurlan Muradov, şəhid ailələri, mədəniyyət işçiləri , Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)üzvləri iştirak edib.
Əvvəlcə Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva keçirilən layihənin əhəmiyyətindən və eyni zamanda bizlərin hər zaman şəhid ailələrinin yanında olaraq onlara maddi və mənəvi dəstək göstərməyimizin vacibliyindən danışdı .
Muzeyin əməkdaşı Dilgüşə Məmmədova noyabr ayında doğulan, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində döyüşmüş əsgər və zabitlər haqqında geniş məlumat verərək, onların valideynlərinə dərin ehtiramını ifadə etmiş oldu.
Tədbirdə çıxış edən “Ümidim sənsən” ictimai sosial birliyin nümayəndəsi Fidan Abbaslı, Rəsm Qalereyasının direktor vəzifəsini icra edən Təhmasib Məcidov , Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı Rayon filialının (QMƏŞAİB) sədri Nahid Rəhimov ,Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilinin Böyük məsləhətçisi Nurlan Muradov Vətən müharibəsində qazandığımız Zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında xalqımızın minlərlə qəhrəman övladının canı-qanı sayəsində əldə etdiyimizdən və bu qələbəni bizə nəsib edən qəhrəman oğulların xatirlərini yaşatmaq ,onları unutmamaq və təbliğ etməksə bizlərə hər zaman mənəvi borc olmalıdır söylədilər.
Yekunda tədbirdə iştirak edən, oktyabr ayında doğulan şəhid ailələrinə layihə təşkilatçılarının “Təşəkkürnamə” ləri təqdim olunub, xatirə şəkilləri çəkildi.