Masallı nümayəndələri Astara rayonunda Milli Qəhrəmanın ailəsini və məzarını ziyarət etdilər
Masallı rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyətinin başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev və böyük məsləhətçi Sinan Abbaslı Astara rayonunun Əzərüd kəndində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Görüş zamanı şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının daim davam etdirildiyi vurğulanıb.
Masallı rayon İcra Hakimiyyətinin nümayəndələri daha sonra Milli Qəhrəmanın məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edərək tər gül dəstələri düzmüşlər.






