Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon ərazisində 2026-cı il mart ayında şəhid adına görülmüş işlər barədə

31 mart 2026 | 17:31

Masallı rayon ərazisində 2026-cı il mart ayında şəhid adına görülmüş işlər barədə

Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman Rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.

Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində davamlı işlər aparılır.
Masallı rayonunda Rayon İcra Hakimiyyəti, bələdiyyə, idarə, müəssisə, təşkilat və xeyriyyəçilər tərəfindən aşağıda qeyd olunmuş işlər görülmüşdür.

Masallı şəhər ərazisində nümayəndəlik və bələdiyyə tərəfindən şəhid ailələri ziyarət olunaraq bayram sovqatı verilmişdir.

Ərkivan qəsəbə bələdiyyəsi tərəfindən 4 şəhid ailəsinin hər birinə 150 manat, 2 müharibə iştirakçısının hər birinə 100 manat maddi yardım olunmuşdur.

Lürən ərazi nümayəndəliyi tərəfindən Vətən müharibəsi iştirakçısı Abdullayev Asif Mirmöhsüm oğluna maddi yardım olunmuşdur.

Təzə Alvadı ərazisində Milli Qəhrəman Elşad Əhədovun doğum günü münasibətilə ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə, din xadimləri və şəhidin ailə üzvləri ilə birlikdə məzarı ziyarət olunmuşdur.

Təzə Alvadı ərazisində şəhid ailələri ilə görüş keçirilmiş və 100 manat məbləğində ərzaq olunmuşdur.

Mahmudavar ərazisində ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə 2 şəhid ailəsinə və 1 müharibə iştirakçısına maddi yardım olunmuşdur.

Mahmudavar ərazisində solmuş şəhid şəkilləri yenisi ilə əvəz olunmuşdur.

Türkoba ərazisində ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə xeyriyyəçilər tərəfindən şəhid ailəsinə maddi yardım göstərilmişdir.

Xırmandalı ərazisində şəhid məzarının ətrafındakı bayraq dirəyi ilə dəmir barmaqlıqlar rənglənmiş və bayraq yenisi ilə əvəz olunmuşdur.

Xırmandalı ərazi nümayəndəliyinin təşəbbüsü və xeyriyyəçilər tərəfindən şəhid ailələrinə ümumilikdə 640 manat dəyərində ərzaq yardımı olunmuşdur.

Öncəqala ərazisində şəhidlər abidəsi və abidənin ətrafı təmizlənərək boyanmışdır.

Viləş ərazisində şəhidlər abidəsinin ətrafında gül-çiçək kolları əkilmişdir.

Təklə ərazisində nümayəndəliyin təşəbbüsü ilə şəhid ailələri və xeyriyyəçilər tərəfindən ərazidə olan 11 şəhidin şəkli dəyişdirilmişdir.

Banbaşı ərazisində şəhid ailələrinin hər birinə 150 manat dəyərində ərzaq yardımı verilmişdir.

Çaxırlı ərazisində şəhid Ağamalı Agayevin adına olan bulaqda təmir-bərpa işləri aparılmışdır.

Rayonun bütün yaşayış məntəqələrində şəhid ailələri ziyarət olunaraq onların qayğı və ehtiyacları ilə yaxından maraqlanılmış, sosial rifahlarının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, eyni zamanda şəhidlərin məzarları ziyarət olunmuşdur.

 

Keçidlər