Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Heydər Əliyev Mərkəzi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edilib.

02 iyun 2023 | 08:31

 “Heydər Əliyev ili” çərçivəsində həmçinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”na uyğun olaraq Masallı rayon Heydər Əliyev Mərkəzində mədəniyyət işçilərinin, valideynlərin, rayon ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə tədbir keçirilib.

 

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək bildirib ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Son illər uşaqların təlim-tərbiyəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyindən bəhs edən D. İbayeva çıxışının davamında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqların problemlərinə böyük diqqətlə yanaşdıqlarını xüsusi vurğulayıb.

 

Daha sonra tədbirdə fəallıq göstərən balaca fidanlara diplomlar təqdim olunub. Həmçinin tədbirdə uşaqların əyləncəsinə rəng qatmaq üçün Masallı rayon Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin müəllimi Lalə Nəzərova uşaqlara Face Art üslubunda ecazkar obrazlar yaradıb.

 

Uşaqlar tərəfindən böyük maraqla qarşılanan tədbirin əsas məqsədi onların mənəvi aləmlərinin zənginləşməsi və asudə vaxtlarının səmərəli keçirilməsidir.

 

Tədbirin sonunda uşaqlar üçün Mərkəzin 3D kinozalında “Maşa və Ayı” cizgi filmi nümayiş olunub.

Keçidlər