Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir

31 mart 2023 | 16:17

Masallı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımdan danışıb.

GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan gəncliyi öz yaddaşında tarixi hadisələri möhkəm saxlamalı, unutmamalı və gələcək nəsillərə çatdırmalıdır.

Sonda 31 Mart-Azərbaycanlıların Soyırımı Günündən bəhs edən “Tarixin izi ilə: 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” adlı film izlənilib.

Keçidlər