Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon Heydər Əliyev Mərkəzində "Açıq qapı" günləri

21 may 2022 | 12:14

Masallı rayon Heydər Əliyev Mərkəzində 18-21 may tarixlərində 18 may - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar "Açıq qapı" günləri keçirilib.

Mayın 18-dən başlanan “Açıq qapı” günlərində Masallı rayon ümumtəhsil məktəblərinin şagirdləri Mərkəzə ekskursiya ediblər.


Mərkəzin bələdçisi Şəfa Xəlilova tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponat, fotoşəkillər haqqında şagirdlərə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində müasir Azərbaycanın qurucusu və memarı, Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən mühazirələr oxunub, sənədli filmlər və slaydlar nümayiş etdirilib.

Keçidlər