Masallı rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa
Avqustun 26-da Masallı rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum günü münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə GİKM-in Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqın rifahı və dövlətin inkişafı istiqamətində çoxşaxəli fəaliyyətindən söhbət açıb.
Daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsində gördüyü əvəzsiz işlərdən danışıb. G.Vəkilzadə qeyd edib ki, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri kimi qeyri-maddi mədəni irsin təbliği və qorunması missiyasını şərəflə yerinə yetirir.