Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon İcra Hakimiyyəti Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərdi

11 fevral 2023 | 13:16

    Fevralın 6-da qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər görmüş insanlara dəstək məqsədilə respublikamızın bütün ərazilərində olduğu kimi Masallı rayonunda da humanitar yardım kampaniyası həyata keçirilir.

            Qeyd etmək istərdik ki, Türkiyədə zəlzələ baş verən ilk gündən Masallı rayonunda yardımlaşma kampaniyası başlamışdır. Belə ki, yardımlaşma kampaniyası çərçivəsində 6 kiçik tutumlu yük maşını ilə müxtəlif ləvazimatlar Bakı şəhərinə yola salınmış.

Bu gün isə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən ümumi məbləği 187 min manat dəyərində olan 2 TIR içərisində olan 8 ton ərzaq 1100 dəst yorğan, döşək, adyal, balış, 4000 ədəd geyim dəsti, 12000 dəst digər geyim dəstləri 3 elektrik generatorları, 32 elektrik qızdırıcıları, 1 ədəd çadır və digər ehtiyac olan ləvazimatlar Türkiyə Respublikasının Kahramanmaraş şəhərinə yola salınmışdır. Yardımın göndərilməsində rayon əhalisi fəal iştirak etmişdir.

Masallı rayonundan Türkiyə Respublikasına göndərilən yardım göndərilməsi davam etdirilir.

Qeyd edək ki, fəlakətin baş verdiyi ilk gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq can Türkiyəyə bütün istiqamətlər üzrə müntəzəm yardımlar davam etdirilir.

Keçidlər