Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon İcra Hakimiyyətində könüllülərə sertifikatlar təqdim edildi

24 may 2023 | 17:57

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında və dövlət başçısının 2019-cu il fevralın 01-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoymuşdur.

         Rayon gəncləri arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məqsədilə Masallı rayon İcra hakimiyyəti başçısı tərəfindən 12 mart 2019-cu il tarixli 72 saylı Sərəncam imzalanmış və könüllülük fəaliyyəti ilə bağlı Tədbirlər Planı hazırlanmışdır.

Fəaliyyətləri dövründə könüllülər rayon İcra Hakimiyyəti başçısı aparatının müxtəlif şöbə və sektorlarında çalışmış, təcrübi biliklərə yiyələnmiş və müxtəlif tədbirlərin təşkilində yaxından iştirak etmişlər.

2019-cu ildən hal-hazıradək rayon İcra Hakimiyyətində ümumilikdə 70 nəfər könüllü fəaliyyəti ilə məşğul olmuşdur ki, onlardan 51-i gənc oğlan, 19-u isə gənc qızdır. Könüllü fəaliyyətini səmərəli başa vurmuş 62 nəfərə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sertifikatlar təqdim olunmuşdur.

Keçidlər