Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon İcra Hakimiyyətində yeni təyinatlar

24 dekabr 2022 | 10:57

Masallı rayon İcra Hakimiyyəti Başçısı aparatında yeni təyinatlar aparılmışdır.

Belə ki, Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədovun 23 dekabr 2022-ci il tarixli müvafiq Sərəncamı ilə Tohid Əlihüseyn oğlu Hüseynov rayon İcra Hakimiyyəti Başçısının köməkçisi vəzifəsindən azad edilərək rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri təyin olunmuşdur.

Masallı rayon İcra Hakimiyyətinin Başçısının digər Sərəncamı ilə Fərid İlham oğlu Aslanlı rayon İcra Hakimiyyəti Başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsindən azad edilərək rayon İcra Hakimiyyəti Başçısının köməkçisi vəzifəsinə təyin olunmuşdur.

Keçidlər