Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov fermer təsərrüfatlarına yerində baxış keçirib.
12 iyun 2024-cü il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov Tüklə ərazisində yaradılan Xəzər MMC fermer təsərrüfatında olub. Rayon rəhbəri 70 hektar ərazidə əkilən və yetişdirilən çoxillik bitkilərə, dənli bitkilərə, tərəvəz və meyvə bağlarına baxış keçirib.
Xəzər MMC-nin rəhbəri Şəhid atası Nəcəfov Seyran Burhan oğlu rayon rəhbərinə fermer təsərrüfatı ilə bağlı geniş məlumat verib. Belə ki, Seyran Nəcəfov ona ayrılan subsidiya hesabına yaratdığı fermer təsərrüfatında hiss etdiyi dövlət qayğısını və dəstəyini xüsusi olaraq vurğulayıb. Seyran Nəcəfov fermer təsərrüfatında gündəlik 50 nəfərin işlədiyini qeyd edərək, gələcəkdə işçi qüvvəsinin sayının artırılacağını da bildirib. O, qeyd edib ki, hal-hazırda fermer təsərrüfatında müxtəlif növ bitkilər yetişdirilir, yerli və xarici bazarlara ixrac edilir.
Xəzər MMC fermer təsərrüfatında yetişdirilən bitkilərin siyasi:
- Çay 11. Çəltik
- Mandarin 12. Xiyar
- Feyxoa 13. Pomidor
- Limon 14. Kələm
- Kivi 15. Qarğıdalı
- Portağal 16. Kartof
- Qaragilə 17. Çiyələk
- Gilas
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov Xəzər MMC-nin rəhbəri Seyran Nəcəfova lazımı dəstəyin bundan sonra da dövlət tərəfindən göstəriləcəyini qeyd edərək, fermer təsərrüfatının fəaliyyətini, gündəlik 50 nəfərin işləməsini yüksək qiymətləndirib.
Sonda rayon rəhbəri fermer təsərrüfatında çalışanlarla həmsöhbət olub. Onlara bol məhsul götürməyi arzulayıb.
Qeyd edək ki, Xəzər MMC-də çalışan işçi qüvvəsinin hər birinə gündəlik 20-25 manat məbləğində pul vəsaiti ödənilir. Bu da Tüklə ərazisində işsizliyin minimuma enməsi və 50 ailənin həyat şəraitinin yaxşılaşdırılması deməkdir.
Seyran Nəcəfov və kollektivi fermer təsərrüfatına göstərilən dövlət dəstəyinə, yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədova təşəkkürünü bildiriblər.