Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon Mərkəzi Kitabxanasın100 illik yubiley tədbiri

23 aprel 2024 | 16:44

23 aprel 2024-cü il tarixdə Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Rayon Mərkəzi Kitabxanasında kitabxananın yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

İlk öncə tədbir iştirakçıları Masallı Tarix-diyarşünaslıq Muzeyi, Onbirillik İncəsənət məktəbi və  Mərkəzi Rayon Kityabxanasının təqdimatı ilə sərgiyə baxış keçirmişlər.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş  şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmişdir.

     Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov bildirdi ki, 1924-ci ildə Masallıda  yerli Muzdurlar Komitəsinin təşəbbüsü ilə ictimai əsaslarla kitabxana yaradılması, yaradılmış bu kitabxanada Masallıdakı həmin Muzdurlar Komitəsinin təşəbbüsü ilə ayrı-ayrı şəxslərdən toplanmış 250 nüsxə kitab, oxucularının sayı isə 15  nəfər  olmuşdur. Beləliklə, 100 il öncə 250 nüsxə kitab fondu və 15 oxucu sayı ilə fəaliyyətə başlayan kitabxana hal-hazırda  265 137 kitab fondu, 33198 oxucu sayı ilə fəaliyyətini davam etdirir. Hazırda Masallı Mərkəzi Kitabxana Sistemində 1 mərkəz, 1 şəhər, 2 qəsəbə və 44 kənd kitabxana filialı fəaliyyət göstərir.

          Sonra Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məslələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abbas Abbaszadə qonaqları salamlayaraq,  rayon rəhbərinin kitabxananın 100 illik yubileyi münasibətilə olan təbrikini kitab sevərlərə çatdırdı. Yubiley münasibətilə qiymətli hədiyyəni kitabxanaya təqdim etdi.

Daha sonra YAP Masallı Rayon təşkilatının sədri Seyfəddin Əliyev, yazıçı publisist Nurədin Ədlioğlu, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin sədri Vəkil İsmailov da öz növbəsində təbriklərini çatdıraraq kitabxana işçilərinin zəhmətindən, dövlət səviyyəsində qiymətləndirilməsindən geniş bəhs edərək gətirdiyi hədiyyələri kitabxanaya təqdim etdilər.

          N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin solistləri, Onbirillik İncəsənət Məktəbinin müəllimləri, Şərəfə Folklor evinin əməkdaşlarının ifasında canlı musiqi, kitabxana filialları, mədəniyyət klublarının əməkdaşlarının, Şəhər 3 saylı körpələr evi-uşaq bağçasının fidanlarının təqdimatında şeirlər səsləndirilməsi ilə tədbirə xüsusi rəng qatıldı.

          Daha sonra yubiley tortunun kəsilməsi ilə tədbir çay süfrəsinin arxasında davam etdirildi.

Keçidlər