Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayon təhsil müəssisələrində 8 noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər

06 noyabr 2023 | 18:55

Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 noyabr - Zəfər Günü ilə bağlı Masallı rayonunun təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində məktəblilərin vətənpərvərlik mövzusunu özündə əks etdirən rəsm işləri və əl işlərindən ibarət sərgilər nümayiş olunub, məktəblilər arasında inşa və rəsm müsabiqələri, şahmat və müxtəlif idman yarışları, habelə kütləvi tədbirlər təşkil olunub.

Eyni zamanda təhsil müəssisələrində keçirilən tədbirlərdə Vətənə olan sədaqət, zəfər, qəhrəmanlıq hisslərini əks etdirən şeirlər, kompozisiyalar təqdim olunub.

Keçirilən tədbirlərdə şəhid ailələri, müharibə iştirakçıları və əlilləri iştirak ediblər.

Keçidlər