Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonu ərazisində sel və daşqın təhlükəsinə qarşı qabaqlayıcı tədbirlər görülməkdədir

15 aprel 2025 | 18:18

14 aprel 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədovun tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyətində Rayon Fövqəladə Hallar Komissiyasının üzvlərinin iştirakı ilə gözlənilən güclü yağış və daşqınların olma ehtimalı ilə bağlı iclas keçirilmişdir.

İclasda bildirilmişdir ki, Azərbaycan Respublikası Eklologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində aprelin 15-dən 16-na keçən gecədən başlayaraq yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək güclü olacağı, şimşək çaxacağı və şimal-qərb küləyinin güclənəcəyi ehtimalı var. Baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsindən ötrü müvafiq təşkilatlara tapşırıqlar verilmiş və nəzarətdə saxlanılır.

Bununla əlaqədar olaraq gözlənilən aramsız və intensiv yağışlarla əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi ehtimalını nəzərə alaraq, baş verə biləcək sel və daşqın sularının əhali üçün fəsad törətmədən axıdılmasını təmin etmək məqsədi ilə Masallı rayonu ərazisində müvafiq təşkilatlar tərəfindən aşağıdakı qabaqlayıcı tədbirlər görülmüşdür.

            Belə ki, hazırda Viləşçay Su Anbarında suyun səviyyəsini tənzimləmək məqsədi ilə Viləş çayı və sağ-sol sahil magistral kanallarla su  39m3/saniyə ilə Xəzər dənizinə ötürülür.

            Rayon ərazisində 37 sututarın hər birinin səviyyəsi 30% həcmində azaldılmış və nəzarətdə saxlanılır. Rayonun Sirəbil, Sərçuvar, Xıl, Viləş, Ərəb, Xırmandalı, Hacıtəpə və digər kəndlərində Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin xüsusi texnikaları vasitəsilə su axının maneəsiz Xəzər dənizinə axıdılması üçün həmin kəndlərin ərazisindən keçən çay və kanalların məcrası lildən, kol-kosdan təmizlənmiş, Tatyançay üzərində yeni körpünün salınması ilə əlaqədar podratçı şirkət tərəfindən 4 ədəd boru götürülmüş və suyun sərbəst axını təmin edilmişdir. Eyni zamanda Sərçuvar kəndində yeni salınmış körpünün ətraf ərazisində lildən təmizləmə və bərkitmə işləri aparılmışdır.

            Kolatançayın rayonun Çayqıraq kəndinə yarada biləcək sel və daşqın fəsadlarının qarşısını almaq məqsədilə ərazidən keçən hissəsi əvvəlki məcrasına yönəldilərək Bədəlançay ilə birləşdirilmiş və maneəsiz Xəzər dənizinə axıdılması təmin edilmişdir.

Rayon üzrə müvafiq təşkilatların texnikaları və işçi qüvvəsi vasitəsi ilə qabaqlayıcı tədbirlər hazırda davam etdirilir.

Keçidlər