Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonuna kommunal təyinatlı avtomobillər və konteynerlər gətirilib

09 dekabr 2022 | 19:12

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədovun təşəbbüsü ilə Masallı rayonunda kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür, yeni texnika və avtomobillər alınıb gətirilir.

9 dekabr 2022-ci il tarixdə 50 iritutumlu konteyner, 2 ədəd «Mersedes» markalı avtomobil Masallı Mənzil Kommunal Təsərrüfat İstehsalat birliyinə (MKTİB) təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə Masallı MKTİB-nin rəisi Məhərrəm Əliyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Masallı rayonunun rəhbəri Araz Əhmədovun həyata keçirilən tikinti-quruculuq tədbirlərinin həcminin xeyli genişləndirildiyini, yaşayış məntəqələrinin müasirliyə, gözəlliyə qovuşduğunu deyib.

Məhərrəm Əliyev daha sonra vurğulayıb ki, bu gözəlliyin, abadlığın və səliqə-sahmanın qorunması qarşıda duran başlıca vəzifələrdəndir. O, kommunal xidmət müəssisələrinə yeni 2 avtomobil və 50 ədəd konteynerin təqdim olunmasını da həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib, bu sahədə çalışan kollektiv üzvlərinə uğurlar arzulayıb.

M.Əliyev və kollektiv üzvləri göstərilən diqqətə, yaradılan şəraitə görə Masallı RİH başçısı Araz Əhmədovun təşəbbüsü ilə gerçəkləşən texnika və konteynerlərə görə minnətdarlıq ediblər.

Keçidlər