Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda 2026-cı ilin 20–26 aprel tarixləri ərzində ərazi nümayəndəlikləri, idarə və müəssisələr, bələdiyyələr və xeyriyyəçilər tərəfindən görülmüş işlər barədə məlumat.

27 aprel 2026 | 18:56

Masallı şəhər ərazi nümayəndəliyinin təşəbbüsü ilə yanğın hadisəsi nəticəsində zərərçəkmiş ailələrə dəstək məqsədilə ianələr toplanmışdır. Belə ki, Digah yaşayış məntəqəsində yaşayan Nağıyev Azər Abuzər oğlunun evi üçün 1150 manat, Masallı şəhəri Mikayıl Müşfiq küçəsində yerləşən Məmmədov Həşim Söhbət oğluna məxsus ev üçün 950 manat, eyni ünvanda yerləşən Əsgərov Məhərrəm Vaqif oğluna məxsus ev üçün isə 850 manat vəsait yığılmışdır. Yardım kampaniyası davam etdirilir.

Masallı şəhər ərazisinin yaşayış məntəqələrində və bir neçə küçədə müvafiq texnikaların cəlb olunması ilə genişmiqyaslı abadlıq və təmizlik işləri həyata keçirilmişdir.

Masallı şəhər ərazi nümayəndəliyi tərəfindən 9 sahibkarla yerində görüş keçirilmiş, onlarla profilaktik söhbətlər aparılmış və mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Ərkivan qəsəbə ərazisində 2004-cü il təvəllüdlü Nuriyev Səid İntiqam oğlunun səhhətində yaranmış problemlərlə əlaqədar ərazi nümayəndəliyi və bələdiyyənin təşəbbüsü ilə yardım aksiyasına başlanılmış və 1300 manat vəsait toplanmışdır. Aksiya davam etdiriləcəkdir.

Bədəlan ərazisində Masallı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən 200 metr kanal lildən təmizlənmişdir.

Bədəlan ərazisində Nümayəndə və xeyriyyəçilər tərəfindən aztəminatlı Pərvanə Mirzəyevaya 800 ədəd mişar daşı alınmışdır (750 manat).

Bədəlan ərazisinin Çayqıraq kəndində 200 metr yol texnika vasitəsilə hamarlanmış, transformatorun ətrafı təmizlənərək çəpərlənmiş, 1 ədəd suötürücü boru kanala yerləşdirilmişdir (750 manat).

Bədəlan ərazisində xeyriyyəçilər tərəfindən 20 aztəminatlı ailəyə ümumilikdə 40 kq ət paylanmışdır (720 manat).

Təzə Alvadı ərazisində xeyriyyəçilər tərəfindən qəbiristanlıqda daxili yolların salınması işləri görülür (2000 manat).

Təzə Alvadı ərazisində Meşəkənarı kəndinə gedən yolun 800 metri 47 saylı Yol İstismar İdarəsi (Masallı) tərəfindən cari təmir edilmişdir.

Banbaşı ərazisində bələdiyyə tərəfindən ərazidə 5 dayanacaq yeri və 5 ədəd məişət tullantı qutusu qoyulmuşdur (3925 manat).

Banbaşı ərazisinin Böyük Xocavar kəndində elektrik gərginliyinin aşağı olması ilə bağlı Masallı Elektrik Şəbəkəsinin rəhbərliyi əraziyə dəvət olunmuş, vətəndaşlarla görüş keçirilərək problem yerində araşdırılmışdır. Aparılan tədbirlər çərçivəsində elektrik naqillərinə toxunan ağac budaqları kəsilmiş, həmçinin ərazidə abadlıq işlərinin görülməsi ilə bağlı vətəndaşlarla görüş keçirilmişdir.

Böyük Kolatan ərazisində bələdiyyə tərəfindən kənd sakini İsayev Cavid Cabir oğluna həyat yoldaşının cərrahiyyə əməliyyatı xərclərinin ödənilməsi məqsədilə 300 manat, aztəminatlı ailə Ağayev Böyükağa Qələmirzə oğluna 100 manat, II qrup əlil Cabbarov Zamik Elxan oğluna 400 manat, xəstəlikdən əziyyət çəkən Rəhimov Rəhim Ağakərim oğluna 600 manat maddi yardım göstərilmişdir (cəmi 1400 manat).

Böyük Kolatan ərazisində elektrik xətlərinə mane olan ağaclar budanmışdır.

Sərçuvar ərazi nümayəndəliyinin təşəbbüsü ilə Masallı Elektrik Şəbəkəsi tərəfindən kənddə transformatordan çıxan köhnə naqillər yenisi ilə əvəz olunmuş və transformator rənglənmişdir.

Xıl ərazi nümayəndəliyinin təşkilatçılığı ilə kənd xeyriyyəçiləri tərəfindən 4 ha sahəsi olan kənd qəbristanlığında təmizlik işləri aparılmışdır. Xeyriyyəçilər tərəfindən “Seyidlər” qəbristanlığında alaq otları təmizlənmiş, həmçinin ərazi nümayəndəliyinin binasının ətrafında təmizlik işləri görülmüşdür. Məktəbə gedən 200 metrlik küçə qreyderlə hamarlanmış, 47 saylı Yol İstismar İdarəsi (Masallı) tərəfindən 150 metr məsafəyə çınqıl tökülərək hamarlanmışdır.

Həsənli ərazisində Masallı Su Meliorasiya Sistemləri İdarəsi tərəfindən 850 metr suaparıcı kanal təmizlənmişdir. Nümayəndəlik və bələdiyyə tərəfindən ictimai nəqliyyat üçün dayanacaq yeri təmir olunmuşdur.

Öncəqala ərazisinin Hüseynhacılı kəndində tənha yaşayan Markizə Cahangirova üçün inşa edilmiş sanitar qovşağına lazım olan santexnika materialları ərazi nümayəndəliyinin daxili imkanları hesabına alınmışdır (320 manat).

Sərçuvar, Təklə, Xıl, Qodman və Həsənli ərazilərində ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər aparılmış, nəticədə obyektlərdə təmir, rəngləmə və ətraf mühitin abadlaşdırılması istiqamətində işlər görülmüşdür.

Türkoba ərazisində qanunsuz tikintinin qarşısı alınmış, vətəndaşa qanunvericilik izah edilmişdir.

Göyəçöl ərazisində qəzalı vəziyyətdə olan elektrik dirəyi yenisi ilə əvəz olunmuşdur.

Qızılağac və Viləş ərazilərində suaparıcı kanallar texnikalar vasitəsilə təmizlənmişdir.

Təzəkənd ərazisində qəbiristanlıqda abadlıq işləri görülmüş, yeni tikilmiş divar hörgüləri rənglənmişdir.

Xırmandalı ərazisində yaradıcılıq evinin qarşısı boyanmışdır

Qəriblər ərazisində bayraqlar yeniləri ilə əvəz olunmuşdur.

Böyük Kolatan, Viləş, Göyəçöl, Təklə, Qızılağac, Xıl və I Səmidxanlı ərazilərində vətəndaşların qəbulu keçirilmişdir.

Rayon ərazisində təmizliklə bağlı iməcliklər təşkil olunmuşdur.

 

Keçidlər